Psixi pozuntulara, problemlərə çox insanlarda rast gəlmək olar, lakin əsas məsələ diaqnozun olması deyil, onun davranışa təsir dərəcəsidir.
Finss.az xəbər verir ki, psixiatr Dmitri Stejkov sürücülük vəsiqəsinin alınmasına tam qadağa olan diaqnozları açıqlayıb.
Tam qadağa qoyulan xəstəlik qrupları:
- Psixi pozğunluqlar və davranış pozğunluqları (şizofreniya, demensiya),
- Psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan pozğunluqlar (alkoqolizm, narkomaniya),
- Epilepsiya,
- Ciddi görmə pozğunluğu.
Qanunvericilikdə həm mütləq qadağalar, həm də şərti icazələr mövcuddur.
Məsələn:
- Ayaqları iflic olan şəxs əl ilə idarə olunan avtomobili idarə edə bilər,
- Bir gözü kor olan şəxs parkinq sensoru sistemindən istifadə edə bilər.
Psixi pozğunluqlar sırasına əlavə edilən diaqnozlar:
- Psixoloji inkişafın ümumi pozğunluqları, o cümlədən autizm, Asperger sindromu, Rett sindromu və xarici dünya ilə qarşılıqlı əlaqənin pozulması ilə digər hallar.
Rəng görmə anomaliyaları:
Əgər şəxs svetoforları və nişanları tanıya bilirsə, sürücülük vəsiqəsi ala bilər.
Depressiya və panik atak isə sürücülüyə tam qadağa siyahısına daxil deyil.